ABŞ: İraq və Suriya parçalanacaq, Kürdüstan dövləti qurulacaq

abd-den-gelen-bu-aciklama-turkiye-yi-agir-sarsacak_12

Donald Tramp hökumətində milli təhlükəsizlik üzrə prezidentin müşaviri vəzifəsini yerinə yetirəcək general Mayk Flin kürdlərə rəğbət bəslədiyini və gələcəkdə “müstəqil Kürdüstan dövləti”nin qurulacağını bildirib. “Sarizeybekhaber” saytı xəbər verir ki, general Flin bunu Kürdüstan TV ilə müsahibəsində deyib. Flin Peşmərgə qüvvələrinin İŞİD-a qarşı mübarizədə mühüm rol oynadığını qeyd etmişdir.

İraq və Suriyanın gələcəyinə toxunan Flin belə deyib: “Mənim fikrimcə yeni bir Yaxın Şərq yaranacaq. İraq və Suriya bütünlüyünü hifz edə bilməyəcək və dağılacaq. Yaxın Şərqdə üç və ya dörd yeni dövlət yaranacaq və deyə bilərik ki, gələcəkdə müstəqil Kürdüstan dövlətinin reallıq olacaq”.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*