Yalan məlumat yaymayın! Donald Tramp Anar Məmmədovu andiçmə mərasiminə dəvət etməyib

ziya_mammadov_151111_2

Nəqliyyat naziri: “Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələn il yanvarın 20-də keçirilməsi  nəzərdə tutulan inaqurasiya mərasimində kimlərin iştirak edəcəyi barədə müzakirələr gedir.
Adının çəkilməsini istəməyən mənbə 28-may.az –a  bildirib ki, Azərbaycan adından bu tədbirdə nəqliyyat naziri Ziya Məmmədov iştirak edəcək.  “Qafqazinfo” isə məlumat yayıb ki, guya ““Amerika-Azərbaycan” Alyansının sədri, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın innaqurasiya mərasiminə dəvət olunub”.
“Yeni Müsavat” qəzeti bütün bunlarla əlaqədar, həmçinin inauqurasiyaya dəvət mövzusu ilə bağlı xəbərlərə aydınlıq gətirmək üçün nəqliyyat nazirinə müraciət etdik. Gün ərzində dəfələrlə göstərdiyimiz cəhdlərin yekununda cənab Ziya Məmmədovla şəxsən danışa bildik.
Sualımızı dinləyən nazir “Yeni Müsavat”a bunları bildirdi: “Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin ”.
Elşad PAŞASOY
Musavat.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*