Mirzə Xəzər: Oqtay Əsədov Moskyava gedir. Kreml rus dilinə MDB ölkələrində hüquqi status istəyir

eleonora

Rus dilinin dünyadakı vəziyyəti ilə bağlı keçirilən dəyirmi masada çıxışı zamanı Rusiya Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Eleonora Mitrofanova bildirib ki, Rus dili gərək keçmiş SSRİ ölkələrində hüquqi status alsın. Onun sözlərinə görə, hazırda dünyada rus dili ilə bağlı bir sıra problemlər var:

“Bizim ilkin məqsədimiz rus dilinin inkişafı və yaxın qonşularımızın konstitusiyalarında dilin hüquqi statusunun möhkəmləndirilməsidir. İndiki dövrdə rus dili heç də bütün MDB ölkələrində, o cümlədən Ukrayna, Gürcüstan və Baltikyanı ölkələrdə millətlərarası ünsiyyət rolunu oynamır. Yeni nəsil demək olar ki, rus dilini bilmir. Hüquqi nöqteyi-nəzərdən ən problemli vəziyyət Latviya və Estoniyadadır. Bu ölkələrdə əhalinin böyük bir qismi rus dilində danışsa da, dilə indiyə qədər heç bir status verilməyib. Bu ölkələrdə ilk növbədə təhsil sahəsində rus dilinin diskriminasiyası gedir. Qazaxıstan, Ukrayna, Estoniya, Latviyadan olan soydaşlarımız ədalətli olaraq rus dili haqqında məsələni qaldırırlar. Keçmiş SSRİ ölkələrində mütləq yüksək səviyyədə rus dilinə hüquqi statusun verilməsi ilə bağlı məsələ qaldırılmalıdır. Bu məsələ həmçinin xarici siyasətin əsas gündəm məsələsini təşkil etməlidir”.

oqtay-esedov

Maraqlı bəyanatdır. Ən maraqlısı isə odur ki, Mitrofanova nədənsə Azərbaycanda rus dilinin vəziyyəti barədə mənfi bir fikir yürütməmişdir. Bunun isə sadə izahatı var: Azərbaycanda rus dilinə diqqət artır, rus dili çoxdan millətlərarası ünsiyyət dilinə deyil, hətta azərbaycanlılar arasında ünsiyyət dilinə çevrilib. Mitrofanova respublikaların qanunvericiliyində rus dilinə hüquqi status verilməsini tələb edir. Azərbaycan parlamenti belə bir hüquqi qərar çıxarda bilərmi?

Azərbaycan prezidenti bu məsələyə müsbət yanaşarmı? Moskva bu məsələdə Bakıya təzyiq göstərərsə, nə olacaq?

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*