Mirzə Xəzər: Azərbaycanın milli qar məşəqqəti-55 il əvvəl və 55 il sonra və…

 

qar61961-ci il. Bakıya qar yağdı. Yollar buz bağladı. Nəqliyyat iflic oldu. Dükanlar bağlı qaldı. Çörək almaq üçün səhər sübhdən şaxtada dükanların qarşısında növbə tuturdular. Evlərdə qaz yox, elektrik cüzi…
55 il keçdi. SSRİ dağıldı. Azərbaycan müstəqil və neft ilə qazın sahibi oldu. Qovuşduq sərvətlərimizə! Çıxartdılar nefti, satdılar nefti. Şələ-şələ pullar gəldi və uçub offşorlara getdi. İtgin düşdü milyardlar. Yenə qar yağdı. Yolları buz vurdu. Evlərdə qaz və elektrik yoxa çıxdı. “İlin ən yaxşı müəllimi” evində intihar etdi…Eyni 55 il əvvəl olduğu kimi…Bəs 55 il sonra düzələcəkmi güzaranımız?

Çətin. Biz inadkar millətik. Nə qədər ki…55 il sonra yenə qar yağacaq, yenə yolları buz vuracaq, evlərdə yenə qaz və elektrik olmayacaq. Ölkənin varını-yoxunu soyub yenə offşorlara aparacaqlar…

Bədbinik, yoxsa realist?

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*