Mirzə Xəzər: Rayonları fəlakət gözləyir – 27 şəhər və rayona büdcədən pul verilməyəcək

aran

2017- ci il Azərbaycan iqtisadiyyatı üçün yeni fəlakətli bir mərhələ başlayır.  Daha 27 rayon mərkəzi büdcədən dotasiya almayacaq. Bundan əvvəl isə 6 rayon yəni, Mingəçevir, Sumqayıt, Naftalan, Şirvan şəhərləri, Abşeron və İmişli rayonları büdcədən dotasiya almırdı.

Növbəti il adıçəkilən rayonların siyahısa əlavə edilən Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları da xərclərini öz gəlirləri hesabına təmin etməlidir. Hansı gəlirlər? Rayon yerlərində kütləvi işsizlikdir. Yerlərdə iqtisadi vəziyyəti yaxğılaşdırmaq üçün investisiyadan istifadə edilməyib. Dövlətin hər il buraxdığı milyonlar talan edilib. Hökumət ağıllı siyasət yeritmədiyi üçün rayonlar sahibsiz qalıb. Yerli hakimiyyət orqanları korrupsiya içində boğulur.

Bəs nə edəcək bu binəsib rayon camaatı?

 

2 comments

  1. İnşallah qırılıb batacaqlar

  2. Əgər belə qanun qəbul olunursa cox gözəl,İcra hakimijjəti strukturları ləgv olunb bələddiyyələrə verilsin.Bəlkə kimsə qabaga durub işləyə bilər .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*