Mirzə Xəzər: Bir gözəl nağılın kədərli sonu: Gülnarə Kərimova haqqında bilmədiklərimiz

gul3

Gülnarə Kərimova atasının ərköyün qızı idi. 1991-ci ildə Gülnarə əfqan əsilli ABŞ vətəndaşı Mənsur Maqsudi ilə evlənir və Nyu Yorka köçür. Bu evlilikdən iki övladı olur: oğlu İslam 1992-ci ildə və qızı İman isə 1998-ci ildə dünyaya gəldi. Ailə xoşbəxtliyi 10 il sürdü. 2001-ci ilin iyul ayında Gülnarə boşandı və iki uşağını götürüb Özbəkistana qayıtdı. Özbəkistan məhkəməsi İslam Kərimovun sərəncamı ilə uşaqların qəyyumluğunu Gülnarəyə verdi. Gülnarənin əri Maqsudi Nyu Cersi məhkəməsində övladlarını almağa çalışanda Özbəkistan prokurorluğu Maqsudinin həbsinə sanksiya verdi, onun qohumları həbs edildi. İslam Kərimovun qəzəbi bununla soyumadı. Mənsur Maqsudinin Əfqanıstandakı qohumlarını özbək-əfqan sərhəddinə qovdular və özbək tərəfə keçən kimi onların həbs etdilər. Eyni zamanda Maqsudinin Özbəkistandakı müəssisələri üçün verilən icazə ləğv edildi. Məsələ Amerika Konqqresinə qədər gedib çıxdı.

“Qardian” adlı ingilis qəzetinin yazdığına görə boşanma prosesində Gülnarə Kərimova 4,5 milyon dollar dəyərində ziynət əşyaları və 60 milyon dollar nağd pul almışdır.

Diktator ata, milyonlarla varidat…bir gözəl nağılın kədərli sonu…Rusiya mənbələri bildirir ki,  “Gülnarə Kərimova öldürülməyib…”

Mirzə Xəzər

P.S. Məlumat “vikipediya”nın almanca versiyasından götürülüb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*