Suriya: Obama tələsik kürdlərə ağır silah növləri göndərməyə başladı

kurds

ABŞ-ın Bağdaddakı hərbi qərargahı Suriyada fəaliyyət göstərən PYD-YPG kürd dəstələrinə tələsik yer-hava və anti-tank raketləri əhatə edən ağır silahlar göndərir. Bununla da Obama administrasiyası beş ildən bəri kürdlərə silah tədarükünə qoyduğu qadağanı pozmuş olur. Kəşfiyyat məlumatlarına əsasən, bu barədə qərarın şəxsən prezident Barak Obama tərəfindən alındığı bildirilir. Ağır amerikan silahları ilə yüklü ilk avtomobil qafiləsi İraqdan Suriyaya daxil daxil olmuşdur. „Debkafile“ qeyd edir ki, Suriyada 45 min kürd döyüşçüsü vardır. Vaşinqtonda strateqləri Türkiyənin prezidenti Ərdoğanın Suriyada növbəti addımlarına şübhə ilə yanaşırlar.  Strateqlərin fikrincə, bu 45 min nəfərlik kürd qoşununu ağır silahlarla təchiz edildikdən sonra  Ankaranın planlarını pozub, Türkiyə ordusunun Raqqanın azad edilməsi əməliyyatına möhtəməl müdaxiləsinin qarşısını ala biləcəkdir.

Mirzə Xəzərin Səsi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*