Ağıllılar ölkəsindən xəbər var: Abıyev Ermənistanı Tramp ilə qorxutdu

ahad

Çox maraqlı adamdır. Azərbaycandakı hakimiyyəti təmsil edən məmurların səviyyəsini əyani surətdə bütün çılpaqlıyı ilə gözlər önünə sərən qəhrəmandır. Boksçudur. Kolumbiya bayrağını əks etdirən lövhəni yumruqla sındırdı. Öz barmaqlarını da sındırdı. Kolumbiya mətbuatı onu tənqid etdi. Amma o, hələ də iddia edir ki, yumruğu ilə sındırdığı bayraq Kolumbiyanın yox, Ermənistanındır.

Və bu adam Daşkəsənin kəndxudası Əhəd Abıyevdir. Abıyev ölkə.az-ın əməkdaşıyla söhbətində böyük siyasətə iddiada bulunduğunu gizlətmədi. Daşkəsən kəndxudası Donald Trampın Amerika prezidenti seçilməsinə sevindiyini bildirib və Ermənistana ultimatum verib dedi: “Tramp, Azərbaycanı sevən insandır. Mən erməni bayrağını sındırdım, Tramp da bu yaxınlarda Ermənistanı sındıracaq”. Sındıracaq…

Fəlakətdir. Azərbaycanın belə “bilikli” və “uzaqgörən” kəndxudaları varsa, Azərbaycana düşmən lazım deyil…

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*