Mirzə Xəzər: İflas! Yeni Azərbaycanı qurmaq mümkün olmadı

pumbaq

Təzə Azərbaycanı qura bilmədik. Gücümüz çatmadı…”virtualaz” yazır ki, Azərbaycanlı oliqarxlar 100 milyard dolları oğurlayıb ölkədən çıxarıblar. Bəs xalqa nə qaldı? Boş vədlər və ƏMƏK! Prezident yeni fərmanla „Əmək“ ordeni təsis etdi. Yenə „Əməyim azad!“ nəğmələri səslənəcək, yenə „əmək“ qəhrəmanlarına ordenlər veriləcəkdir. „Əmək“ ordeninin prezidentin pambıq həmləsi ilə eyni zamanda təsis edilməsi əlamətdar hadisədir. Belə görünür ki, prezident növbəti fərmanı ilə „sosialist əməyi qəhrəmanı“ ünvanını da bərpa edəcəkdir.

Yadınızdadır? Pambıq „ustalarına“ „sosialist əməyi qəhrəmanı“ ordeni verərdilər. Hələ o şanlı illərdə iki dəfə „sosialist əməyi qəhrəmanı“ ordeni alanlar da olurdu. Azərbaycanda iki dəfə „sosialist əməyi qəhrəmanı“ ordeni alanların siyahısı:

Heydər Əliyev (Dövlət idarəçiliyi üzrə)
Şamama Həsənova (Kənd təsərrüfatı üzrə)
Bəsti Bağırova (Pambıq üzrə)
Sürəyya Kərimova (Pambıq üzrə)

İndi bu siyahı davam edəcək. Bax, o şanlı günlərə doğru geriləyirik.

Bilet almağı unutmayın! Qatara biletsiz minməyin, sizi tutarlar…

Mirzə Xəzər

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*