Azərbaycanın qabaqda gedənləri: Əhəd Abıyev Kolumbiya bayrağını niyə “sındırdı”

 

abievDaşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunan tədbir keçirilib. Tədbirə şifer lövhəsindən hazırlanmış təcavüzkar erməni bayrağını gətiriblər ki, yerə çırpıb işğalçıya acıq versinlər. Ağıllı adamlardır! Şiferi yerə vuran kimi Ermənistan məölub olacaq, Qarabaö azad ediləcəkdi! Maşallah!

Bu şücaət şöhrətinin əldən getdiyini görən Daşkəsənin kəndxudası Əhəd Abıyev  tez qollarını çırmayıb meydana çıxır və hamını kənara itələyib, ağır çəkili boksçu kimi bir yumruqla erməninin şifer bayrağını vurub sındırır. Urra! İcra başçısı nəhayət Kərkicahanı  bir yumruqla aldı!  Yox, sevinməyin. Bir az sonra aydın olub ki, kəndxuda Abıyevin qəhrəmanlıq göstərib sındırdığı bayraq Ermənistanın deyilmiş, Kolumbiyanın bayrağı imiş. Abıyev geri çəkilmir və təkidlə deyir ki, bayrağı tərsinə çevirib sonra vurub və sındırdığı bayraq Ermənistan bayrağıdır. Rəqiblər isə deyirlər ki, yalandı, bayraq Ermənistan bayrağı deyildi. “Hurriyyet.org” şəkilləri dərc edib və yazır ki, şəkillərdən göründüyü kimi icra başçısının yumruqla sındırdığı lövhədə əks olunan bayraq da Kolumbiya Respublikasının bayrağı olub. Nə isə, mübahisə davam edir və cılızlaşma hələ uzun illər davam edəcək…

Bura Azərbaycandır, ağıllıların idarə etdiyi Azərbaycan!

Mirzə Xəzər

Şəkillər:

Ermənistan bayrağı

Əhəd Abıyev Ermənistan əvəzinə Kolumbiya bayrağını “sındırdı” – FOTO

Kolumbiya bayrağı

Əhəd Abıyev Ermənistan əvəzinə Kolumbiya bayrağını “sındırdı” – FOTO

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*