Mirzə Xəzər: Tramp prezident seçildi, Berlin yasa batdı

baronSeçki ərəfəsində Almaniyada keçirilən sorğularda almanların əksəriyyəti Hillari Klintonu ürəkdən bəyəndiyini bildirmişdi. Almaniya Trampın seçilməyəcəyinə əmin idi. Amma Amerika prezidentini amerikalılar seçir, almanlar yox. Və amerikalılar Donald Trampı seçdilər. Almaniyanın xarici işlər naziri Ştaynmayer Amerikada keçirilən seçkinin Berlinin istədiyi nəticəni verməməsinə təəssüf etdiyini açıq bildirdi və “xala xətrin qalmasın” dedi ki, “biz seçkinin nəticəsini qəbul edirik”. Maraqlıdır, qəbul etməyə bilərdimi? Nə isə…

Bəs niyə məhz Donald Tramp? Niyə peşəkar siyasətçini qoyub, peşəkar biznesmenə səs verdilər? Səbəb çoxdur. Bir siyasi icmalçının fikrincə, seçkinin nəticəsi amerikalıların siyasətçilərə, siyasi elitaya inamını, etibarını itirdiyini göstərir. Siyasi elitanın iflas etdiyini yalnız siyasilər görmürdülər. Amerikalılar yenilik istəyirdi və köhnə siyasi elitanın təmsilçisi olan Klintonu yox, biznes aləmindən gələn Trampı seçdilər. Seçkinin nəticəsi eyni zamanda amerikalıların prezident Barak Obamaya ciddi yanaşmadığını, onun çağırışlarına biganə qaldığını göstərdi. Bununla da Obamanın səkkiz illik prezidentliyinə nihayi yekun qiymət verildi.

Bəs indi nə olacaq? Tramp üçüncü dünya müharibəsinə başlayacaq? Tramp hər yerə raket zərbəsi endirəcək? Yox, əlbəttə yox! Narahat olmayaq. Tramp yanvar ayında vəzifəsini ifa etməyə başlayacaq. Yer yerindən oynayacaq? Yox, oynamayacaq…

Mirzə Xəzər

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*