Mirzə Xəzər: Korrupsiya rejiminin zəfəri: Saakaşvili məğlub oldu, iflas etdi

saakashvili3photo: yaplakal.com

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili siyasi məsləyinin ən böyük ikinci məğlubiyyətinin acısını dadır. Vətənində prezidentliyi yarımçıq qalan Saakaşvili Ukraynada gücünü sınamaq istədi, lakin korrupsiya rejimi qarşısında əllərini qaldırıb, təslim oldu. Saakaşvili indi başa düşüb ki, Poroşenko ilə Yanukoviç arasında heç bir fərq yoxdur: hər ikisi korrupsiya rejiminin təmsilçiləridir. Budur onun acı etirafı: „“Poroşenko ya Yanukoviç? Xalq üçün nə fərqi var ki, onları kim talan edəcək? Prezident Poroşenko deyirdi ki, ona Yatsenyuk (eks-baş nazir-red.) mane olurdu. Biz “Təmizlik naminə” hərəkatını yaratdıq və Yatsenyukdan xilas olmaq üçün ona yardım etdik. Lakin prezident özü şəxsən Odessa vilayətində iki korrupsioner və kriminal klana hamilik edir”…Bu, zəif bir siyasətçinin etirafıdır…

Əslində, Mixail Saakaşvili siyasətçi də deyil, o, romantik xəyalpərəstdir. Və məhz xəyalpərəst olduğu üçün bəyan edir ki, istefa verməklə mübarizənin yeni formasına başlamaq istəyir və deyir: „tam qələbə, Ukraynanı bu zibildən, korrupsiya çirkindən xilas üçün nə qədər lazımdırsa mübarizə aparacam.”

Tiflisdə apardığı mübarizə kimi…Tuiflisdə iflas, Kiyevdə iflas, Odessada iflas. İndən belə nə qədər istəyirsən vurnux, Mişa! Korrupsiya rejimi mafiyadır.

Don Kixot mafiyaya qalib gələ bilməz…

Mirzə Xəzər

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*