Böyük neft qumarı: Rusiya ərəblərə, ərəblər Rusiyaya kələk gəlir

saudrusNeft ucuzlaşır və belə görünür ki, hələ uzun zaman dəyərini itirməkdə davam edəcək. Qiyməti əks istiqamətə – yüksəlişə doğru yönəltmək üçün neft hasilatını azaltmaq lazımdır. Neft hasilatı azalarsa, dünya bazarında neftin həcmi azalar və qiymət tənzimlənər. Lakin bunu etmək asan deyildir, çünki neft istehsal edən ölkələr yekdil mövqeyə gəlmək istəmirlər. Vahid mövqe yoxdur. Məsələn, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) vahid siyasət məsələsində yekdilliyə nail olmaq istəyir. Amma təşkilata üzv olan ölkələr əslində bir-birinə kələk gəlməyə çalışır.

İran, İraq, Liviya və Nigeriya neft hasilatını azaltmaq niyyətində olmadığını bildirib. Dünyanın ən iri neft ixracatçısı Səudiyyə Ərəbistanı hasilatın ixtisar edilməsi fikrini alqışlayır, amma…özü istehsalı artırmaqda davam edir. Con Kildaff öz bloqunda yazır ki,  Rusiya da ikiüzlü siyasət yeridir: Moskva hökuməti də bəyanatlar yayaraq istehsalın məhdudlaşdırılması ideyasını bəyəndiyini deyir, lakin o biri tərəfdən son həftələrdə neft istehsalını əhəmiyyətli şəkildə artırmışdır. Amerika Birləşmiş Ştatlarının neft sahəsində siyasəti də hələ dəqiqləşməmişdir.

Bir sözlə, „Əlbir olub bir ayı bir şir ilə, Ovladılar dovşanı tədbir ilə. Olmadılar razı onu bölməyə, Çıxdı iş axır ölüb-öldürməyə“…

Onlar cəhənnəmə, neftin ucuzlaşması Azərbaycan kimi ölkələrin iqtisadiyyatına ağır zərbə vurmuşdur və vuracaq. İqtisadi vəziyyətin pisləşməsi isə birinci növbədə pensiyaçılara, az maaş alanlara və aztəminatlı ailələri təsir edəcəkdir…

 

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*