Rus elminin təzə parlayan ulduzu: Abel M.

abel20 il qabaq postsovet xaos epidemiyasının tüğyan etdiyi Rusiyada bazarda alver edən bir azərbaycanlıya rast gəldim. Maraqlı adam idi. Mənə “vizit kartı”nı uzadıb özünü təqdim etdi: “Filankəsov Filankəs Fəstərkəs oğlu – Rusiya Elmlər Akademiyasının HƏQİQİ müxbir üzvü”. O illərdə pul ilə hər şey, hətta  savadsız alverçi üçün də elmi rütbə almaq asan idi…

20 il keçdi. İndicə “Azərtac” şad xəbər yaydı: Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu il Rusiya Elmlər  Akademiyasının həqiqi üzvü seçilib. Dünyanın işinə baxın – akademik, görkəmli alim, Qara Dəniz Universitetləri Assosiasiyasının  prezidenti Abel M. bazar alverçisindən 20 il sonra Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilir…

Ədalətsiz dünya!

Mirzə Xəzər

2 comments

  1. Hörmətli, Mirzə Xəzər!
    Mən Abel Məhərrəmovu ürəkdən təbrik edir, ona can sağlığı arzulayıram. O ki, qaldı bazarda alver etməyə, bir kişi ailəsini dolandırmaq üçün hər cür zəhmətə qatlaşa bilər.
    Abel müəllim rektor olaraq həmişə tələbələrin tərəfin saxlayıb.
    O, kimya sahəsində dünyada tanınan hörmətli alimdir.Təbriklər!

    • Bazarda alver etmək ayıb deyil, amma Elmlər Akademiyasının müxbir üzvü sifətilə alverçilik etmək, biz azca ayıbdır. (Mirzə Xəzər)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*