Mosul düyünü: Türkiyə geri çəkilməyəcək

mosul2

 

İraq hökumətinin və kürdlərin Türkiyə hərbçilərinin Başiqanın İŞİD-dan təmizlənməsi əməliyyatında iştirak etmədiyinə dair inadlı bəyanatları həqiqəti əks etdirmir. Məxfi mənbələrdən əldə edilmiş məlumata əsasən, Mosul civarındakı Başiqa qəsəbəsinin “İraq və Şam İslam Dövləti”dən azad edilməsində Türkiyənin xüsusi təyinatlı hərbçiləri, zirehli texnikası və artilleriyası iştirak etmişdir. Eyni mənbələrə görə, Türkiyə silahlı qüvvələrinin kürdlərin tərəfində döyüşlərə cəlb edilməsi barədə icazəni İraq və ya kürd dairələri yox, onların istəyi xilafına ABŞ hərbi komandanlığı vermişdir.

Beləliklə, Mosul əməliyyatı bütövlıükdə çox təhlükəli bir sınaqla üzbəüzdür. İsrail kəşfiyyatına yaxın “DEBKAfile” portalı qeyd edir ki, Mosul əməliyyatına cəlb olunan müxtəlif qüvvələrin İŞİD-la mübarizə aparmaq yerinə bir-biri ilə döyüşəcəyini indidən söyləsək yanılmarıq. Oyunçu çoxdur: İranın himayə etdiyi şiə dəstələri, İraq hökumət qüvvələri, sünni dəstələri, kürdlər və Türkiyə. Bunların hamısı Mosula girmək istəyir və hər biri o birisinin şəhərə girməyinə razı olmur. Mosul hələ azad edilməyib, amma ovlanmamış şikar üzündən tərəflər arasında didişmə gedir…

İŞİD kənardan baxıb gülür…

Mirzə Xəzər

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*