General Çovdarov MTN agentlərinin əmək haqqını “yeyib”

secretagentsmall-624x385

Sən demə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan generalı Akif Çovdarov agenturaya dövlət büdcəsindən ayrılan 2 milyon 917 min manat pulu da yeyib. Yediyini dəqiq bilmirik, amma MTN-nin xələfi DTX iddia edir ki, agentlərin maaşını general mənimsəyib.

 

Komediyadı! Belə çıxır ki, Milli Təhlükəsizlik Nazirliyinin agentləri müftə işləyirmiş. Bəs agentlər nə ilə dolanıblar? Pulu haradan tapıblar? Yoxsa, iməcilik təşkil ediblər? Qəribədir…Burada nə desən mümkündür…

 

Dövlət Təhlükəsizliyi Xidməti məhkəmədə iddia qaldıraraq bu 3 milyon manatın generaldan alınıb DTX-yə verilməsini istəyir.

 

Sual olunur: əgər Çovdarov 3 milyonu qaytararsa, DTX rəhbərliyi agentlərin mənimsənmiş əmək haqqını qaytaracaqmı?

 

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*