Əliyev-Şərif danışıqları: Azərbaycan nüvə silahına malik Pakistandan hansı silahları ala bilər…

maxresdefault

Bakıda rəsmi səfərdə olan  Pakistan baş naziri Nəvaz Şəriflə prezident İlham Əliyev arasında keçirilmiş danışıqların əsas hissəsi iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərinin genişləndirilməsi barədə olub.

Virtualaz.org xəbər verir ki, bunu danışıqlardan sonra keçirilən mətbuat konfransında prezident Əliyev açıqlayıb. İlham Əliyev məlumat verib ki, Azərbaycan və Pakistan silahlı qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, habelə Pakistandan yüksək texnologiyaya əsaslanan silahların alınması və birgə istehsalı məsələlərində anlaşmalar əldə olunub.

Xatırlatmaq gərəkdir ki, Pakistan Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Bu ilin aprelində Qarabağda başlayan döyüşlərdə Pakistan hətta öz ordusunu Azərbaycana köməyə göndərməyə hazır olduğunu bəyan etmişdi. Və Pakistan baş nazirinin Bakıya çoxdan planlaşdırılmış səfəri Rusiyanın Ermənistana “İsgəndər” operativ-taktiki raket komplekslərini verməsi ilə əlaqədar regionda yaranmış yeni hərbi-situasiya ilə üst-üstə düşür. Bu baxımdan təsadüfi deyil ki, Əliyev-Şərif danışıqlarının əsas hissəsi məhz hərbi tərəfdaşlıq məsələlərinə həsr olunmuşdu.

Bəs Azərbaycan Pakistandan hansı müasir silahları ala bilər? Bu ölkənin hərbi sənayesinin Azərbaycan ordusunun yüksək dəqiqlikli silah sistemləri ilə təchizatında hansı rol oynaya bilər?

Hərbi tematika üzrə ixtisaslaşmış internet mənbələrində yer alan məlumatlara görə Pakistan Asiya regionunda güclü hərbi sənaye kompleksinə malik ölkələrdən biridir. Bu hərb-sənaye kompleksi Pakistan ordusunun kiçik atıcı silahlardan tutmuş tanklara və artilleriya vasitələrinə, təyyarələrdən tutmuş ballistik raketlərə, ən müxtəlif döyüş sursatlarına qədər praktiki olaraq bütün ehtiyaclarını ödəyə bilir. Hərçənd ki, bu silah və texnikanın əksəriyyəti xarici istehsalçıların lisenziyası əsasında istehsal olunur.

Pakistanın hərbi-sənaye kompleksi əsasən 7 iri elm-istehsalat birliklərinin əsasında cəmləşib. Bura “Suparko” labarotira-sınaq kompleksi, Ağa Xan adına milli təcrübə-sınaq və istehsalat kompleksi (National Development Complex), aviasiya təmir-istehsalat kkompleksi PAC (Pakistan Aeronautical Complex), sənaye araşdırmaları və hərbi tədqiqatlar korporasiyası GİDS (Global İndustries Development Solutions) , tank təmiri-istehsalı kompleksi “Taksila” (HİT-Heavy İndustries Taxila), “Optroniks” optik elektronika institutudur.

Bəribaşdan qeyd etmək olar ki, Pakistanın tank istehsalı, artilleriya sistemləri, tank əleyhinə raket kompleksləri, müxtəlif çaplı sursatları və pilotsuz uçan aparatları Azərbaycanı o qədər də maraqlandırmazdı. Çünki Pakistan Çinin ötən əsrin 70-ci illərində istehsal etdiyi T-59, T-69IIAP tanklarının modernləşdirilmiş versiyasını birgə istehsal edir. Bunlar Azərbaycanın Rusiyadan aldığı və T-90S tankları ilə müqayisədə o qədər də yüksək göstəricilərə malik deyil. Ümumiyyətlə, Azərbaycan üçün tank və digər zirehli texnika alınması üçün əsas partnyor Rusiya hesab oluna bilər. Çünki Rusiya bu sahədə dünya liderlərindən biridir.

Eləcə də Azərbaycan özü İsraillə birlikdə ən qabaqcıl texnologiyalara əsaslan pilotsuz kəşfiyyat təyyarələri və döyüş sistemləri istehsal etdiyi üçün bunları Pakistandan almağa ehtiyac yoxdur. Habelə Azərbaycan özü hərbi sənayesini inkişaf etdirir və artıq bütün növ artilleriya mərmilərini, bir neçə tip aviabombaları, döyüş patronlarını öz zavodlarında istehsal edir.

Pakistan hərbi sənayesinin nisbətən aşağı mənzilli reaktiv-artilleriya sistemləri və artilleriya qurğuları da Azərbaycanı çətin maraqlandırardı. Bunlardan Azərbaycan ordusunda onsuz da boldur. Azərbaycan öz ordusunun təchizatında metal həcmini artırmağa deyil, yüksək dəqiqlikli və uzaqvuran silah sistemlərinə üstünlük verir. O cümlədən müxtəlif mənzilli raketlərə.

Və Ermənistanın “İsgəndər”lə təchiz olunmasının təsdiqlənməsindən əvvəl də Azərbaycan 500 km mənzilli ballistik raketlərin əldə edilməsi üçün xarici partnyorları ilə danışıqlar apardığı məlum idi. Pakistan isə bu sahədə Azərbaycan üçün ən münasib ölkədir. Məsələ bundadır ki, Pakistan 2 min kilometrə qədər mənzilli ballistik raketlərə malikdir. Hazırda qitələrarası ballistik raket istehsalı üzərində işləyir.

Bir müddət əvvəl xarici hərbi nəşrlərdə belə məlumat yayıldı ki, Azərbaycan Pakistandan 750 km mənzilli “Şahin-1” ballistik raketlərini alıb. Doğrudur, bu məlumat başqa mənbələr tərəfindən təsdiqlənmədi və raketlərin həqiqətən Azərbaycana çatdırıldığı, yaxud bu haqda danışıqların getdiyi dəqiqləşmədi. Bununla belə sirr deyil ki, Pakistan məhz raket texnologiyasında Azərbaycan üçün ən münasib tərəfdaşlardan biridir. Bu ölkənin hərbi sənayesi Çin texnologiyası əsasında birpilləli, yaxın mənzilli (320 km)  ballistik raketlərdən tutmuş orta mənzilli ( 3 min km-ə qədər) ballistik raketləri istehsal edir. Bunlara “Xətf-1”, “Xətf-2”, “Xətf-1A”, “Xətf-4”(“Şahin-1”) , “Xətf-9”, “Xətf-6” (“Şahin-2”) raketləri daxildir. Doğrudur, bu raketlərin bəziləri hələ sınaq mərhələsindədir və seriya istehsalı başlamayıb. Ancaq Pakistan ən azından 1500 km-ə qədər mənzilli raketlərdə irəli gedib. Bundan əlavə Pakistan hərbi sənayesi “Babur” və “Raad” qanadlı raketləri, yüksək dəqiqlikli H-2 qanadlı raketi istehsal edir.

Azərbaycan həm Pakistandan bir neçə yaxın və orta mənzilli ballistik raket kompleksi əldə edə, həm bu raketlərin birgə və daha təkmilləşdirilmiş versiyalarının istehsalını öz müəssisələrində təşkil edə bilər.

Digər cəlbedici sahə isə aviasiyadır. Pakistan Fransa istehsalı olan “Miraj” qırıcılarının (nisbətən köhnə model)  təmiri və yığılması müəssisəsini yaradıb. Habelə Çinlə birlikdə JF-17 qırıcılarının istehsalını həyata keçirir. Azərbaycan neçə vaxtdır ki, bu təyyarələrə maraq göstərir. Hətta belə xəbərlər yayılmışdı ki, Azərbaycan Pakistandan sanballı miqdarda JF-17 almaq barədə müqavilə imzalamağa hazırlaşır. Ola bilsin indi tərəflər bu məsələni də müzakirə ediblər. Hər halda Azərbaycan tək deyil və onun sadiq tərəfdaşları arasında Pakistan kimi güclü hərbi sənayeyə malik ölkə var.

virtualaz.org

No comments

  1. Your comment is awaiting moderation.

    Great info. With thanks.
    http://viagrawithoutadoctormsn.com/
    unions fight for viagra
    buy generic viagra
    viagra herpes
    generic viagra 100mg

  2. Your comment is awaiting moderation.

    Superb data. Regards.
    http://viagrawithoutadoctormsn.com/
    drug interractions between flomax and viagra viagra for women viagra pfizer sildenafil citrate impotency treatment generic viagra online
    viagra for pe
    viagra propecia cialias
    how long does viagra keep
    online perscriptions for viagra
    viagra safty
    viagra cock

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*