Zakir Həsənov: ““İsgəndər”ləri məhv edə bilərik.” Azərbaycan “İsgəndər M” raketlərini vura bilərmi?

zakir3

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində olaraq ön xətdə xidmət edən şəxsi heyətlə görüşüb.

Virtualaz.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin saytı məlumat yayıb. Görüşün təmas xəttinin hansı istiqamətində baş tutduğu açıqlanmır. Görüşdə müdafiə naziri Rusiyanın Ermənistana verdiyi “İsgəndər” operativ-taktiki raketləri barədə ilk dəfə danışıb və Azərbaycan silahlı qüvvələrinin bu raketlər vurmaq da daxil olmaqla düşmənə kütləvi raket zərbələri endiriləcəyinə dair xəbərdarlıq edib.

Bəs “İsgəndər-M” kompleksləri Avropanı və Azərbaycanı niyə narahat edir? Bu raketlərin özəlliyi nədədir və güclü raketdən müdafiə sistemlərinə malik olan Avropa ölkələri, o cümlədən son illərdə hava hücumundan müdafiə sistemlərini təkmilləşdirən Azərbaycan bu komplekslərdən niyə qorxmalıdır?

Rusiya hərbi nəşrlərində məlumat verilir ki, “İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Petriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. Virtualaz.org saytı hərbi qaynaqlara istinadən bildirir ki, “İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İsgəndər-M” raketləridir.

“İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.

Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Raketlərin son modifikasiyası hədəfi cəmi 10 metr dəqiqliyi ilə vura bilir. Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur və onun dünyada analoqu mövcud deyil.

Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.

Beləliklə, “İsgəndər-M” komplekslərinə qarşı müdafiə dünyada praktiki olaraq mövcud deyil və təsadüfi deyil ki, Rusiya bu raketləri ABŞ-ın Avropada raketdən müdafiə sisteminə qarşı cavab kimi Kalininqradda yerləşdirib.

Raketlərin Ermənistanda yerləşdirilməsi isə Azərbaycanın son illərdə öz silahlı qüvvələrini hədəfi dəqiq vuran raket sistemləri və düşmən raketlərinə qarşı ən yeni müdafiə kompleksləri ilə təchiz etməsinə cavabdır.

Məlum olduğu kimi, Azərbaycan İsraildən raketdən müdafiə sistemini təşkil edən “Green Pine” radar kompleksi və “Barak-8” raketləri sifariş verib. Bu sistem mümkün müharibə zamanı Ermənistanın sərəncamında olan raketlərin hücumunu neytrallaşdırmağa imkan  verir. Lakin “İsgəndər-M” raketlərinə qarşı müdafiə qabiliyyəti mövcud deyil.

One comment

  1. Azerbaycandaki müdafie naziri Isgenderleri mehv ederik yox, Isgenderlleri ,yani ölke vetendashlarini, mehv edirik deyib.Sadece jurnalistler erdirik -i erderik kimi eshidibler. Eslinde ise ne qeder bu rejim (yap) var Ermenistana neiniki Isgender-ler ,hech ordu ve AK-lar lazim deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*