Ərdoğan yenə qəzəblənib: Sən kimsən, İrak nədi? (VİDEO)

 

erdoqizib

Ərdoğan yenə özündən çıxıb. Putinlə qucaqlaşandan sonra İrak və Amerikanı hədələməyə başlayıb. İrakın baş nazirinə hücum edən Ərdoğan Türkiyə hökumətinin öz qoşunlarını İrak ərazisindən çıxartmayacağını təkrar edərək İrak baş nazirinə „sən kimsən!“ deyərək belə davam edib:

„Sən mənim tərəf-müqabilim deyilsən, mənim səviyyəmdə deyilsən, İraqda çığırıb-bağırmağın bizim üçün heç önəmli deyil, biz bildiyimizi edəcəyik. Sən kimsən? İraq baş naziri. Öncə həddini bil. Məhz İraqın razılığı ilə Mosul yaxınlığındakı Başika düşərgəsinə Türkiyə hərbçiləri yerləşdirilib. Bu gün deyirlər ki, Türkiyə hərbçilərini oradan çıxarsın. Türkiyə sizin sözünüzlə hərəkət etməyəcək”.

İrak hökuməti isə dəfələrlə bildirib ki, türk əsgərlərinin Başikada yerləşdirilməsinə Bağdad hökuməti icazə verməyib və Ankaradan bunu xahiş etməmişdir.

Türkiyə prezidenti eyni çıxışında Amerika Birləşmiş Ştatlarına da meydan oxuyub. Bir zamanlar Rusiya prezidentinə də “ey Putin!” deyərək meydan oxuyurdu, dünən İstanbulda Putini qucaqlayıb, “dostum” dedi. Siyasətin bir neçə üzü var…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*