Nazlı Ağayeva: Bir yer vardı qədim, ulu…Bir çay vardı selli, sulu…

nazli

Dəmiraparan çayımız vardı. Möhtəşəm gurultulu. Qəbələnin girəcəyindəki körpünün altında gizlənib indi. Eləcənə arxa çevrilib məlul-məlul axır…
(Sevimli, xoş bir xanım üçün bu parçanı paylaşıram)

***
Bir yer vardı qədim, ulu
Bir çay vardı selli, sulu,
O yeri əsir aldılar,
O çayı bəndə saldılar.
Dəmirləri aparan çay,
Dağı-daşı qoparan çay,
Bu nə yasdı, nə sükutdu
Cənazədir axıb gedir.
Ürəkləri yara-yara
Yaddaşlardan çıxıb gedir
Gedir “Rus meşəsi” kimi
Gedir “Yeddi Gözəl” kimi
Söylə səni kim korladı
Dadın qaçdı, duzun qaçdı?
Söylə səni kimi zorladı
Başına min oyun açdı?
****************************
Həsrət qaldıq bağça-bağa
Göy çəmənə, buz bulağa
Kabus kimi, xəyal kimi,
Bir qocman sual kimi
Dolaşırıq küçələri,
Gündüzləri-gecələri
Ürəyimz pas bağlayıb,
Qürurumuz dələm-deşik,
Nə bizləri ana doğub
Nə bu dünyaya gəlmişik,
Bizdən sənə imdad olmaz
Bizdən sənə övlad olmaz
Canım Dəmiraparanı
Anam Dəmiraparanım..

One comment

  1. Insaf yaxshi sheydir, insafiniz olsun…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*