Sıraqəddin Cabbarov ziyanlı fikirlərə son qoymaq üçün ünvanlı sosial yardımı dayandırmaq istəyir

saatli

 

 …insanların ağlına zərərli, ziyanlı fikirlər çox vaxt boş qalamqdan, bekarçılıqdan gəlir. Əgər onlar işləsə, zərərli fikirlərdən də uzaq olarlar

24saat.org-a daxil olan məlumata görə, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Sıraqəddin Cabbarov ünvanlı sosial yardımın dayandırılması təklifi ilə çıxış edib. S.Cabbarov iddia edib ki, ünvanlı sosial yardım yalnız şikəst, işləmək imkanı olmayan şəxslərə verilməlidir:
“Bu yardım yalnız əlillərə, zəlillərə verilə bilər. Əmək qabiliyyətli şəxslərə nə yardım? Belə yardımlar onları ələbaxımlı edir. Əmək qabiliyyətli şəxslər işləməli, özlərinə, balalarına çörək qazanmalıdırlar. İşləmək onları həm də bekarçılıqdan da xilas edər. Çünki insanların ağlına zərərli, ziyanlı fikirlər çox vaxt boş qalamqdan, bekarçılıqdan gəlir. Əgər onlar işləsə, zərərli fikirlərdən də uzaq olarlar”.

Sıraqəddin Cabbarov zərərli və ziyanlı fikirlər deyəndə nəyi nəzərdə tutur?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*