FİLM: Kəndimizin sonuncu yəhudisi – nəslimizin kəndi Mücühəvtaran

Rejissor Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” sənədli filmi İsrailin Afula şəhərində keçirilmiş Near Nazaret  Film Festivalında nümayiş olunub.

mucuGeniş tamaşaçı auditoriyası tərəfindən böyük maraqla qarşılanan film festivalın iki diplomuna layiq görülüb. 17-31 May tarixlərində baş tutmuş festivalın əsas məqsədi-xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət etməkdir. Diplomun biri məhz xalqlar arasında anlaşma və dostluğun möhkəmlənməsinə görə verilib. Festivalda 65 ölkənin nümayəndəsi iştirak edib. “Kənddə sonuncu yəhudi” sənədli filmi festivalın əsas-konkurs proqramına daxil edilib. Filmin ssenari müəllifləri isə Vaqif Azəryar və Rüfət Əsədovdur. Filmin xronometrajı 32 dəqiqədir.

Film ailəsi, qohumları İsrailə köçsə də doğulduğu kəndi tərk etməyib Azərbaycanda qalmağı seçən 83 yaşlı Meir Manaşirovdan bəhs edir. Film qəhrəmanının İsraildə yaşayan qohumları da festivalda filmə tamaşa ediblər.

Filmə bax:

Mənim babalarımın və bütün nəslimizin kökü olub Mücühəvtaran. Babamın məzarı o qəbristanlıqdadır. Bu gün tək bir yəhudi qalıb kəndimizdə…Bu kövrək filminə görə Vaqif Azəryar və Rüfət Əsədova minnətdarlığımı bildirirəm!

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*