Qarabağ müharibəsi başladı və…bitdi

image

Bəli, Qarabağ müharibəsi aprelin 1-dən 2-nə keçən gecə başladı və eyni gün başa çatdı. Prezident İlham Əliyev bəyan etdi ki, “qarşı tərəf lazımi cavabını alıb”. Dava başladı və qurtardı.

Düşmən ağır itgi verdi. Mühüm deyil. Düşməndi…Azərbaycan isə rəsmi məlumata görə 12 şəhid verdi. 2 helikopter, bir neçə tank və zirehli texnika sıradan çıxdı.

Bir qarış torpaq belə azad edilmədi. İki kəndin azad edildiyinə dair hay-küy yalan imiş…Azərbaycan ordusu əvvəlki mövqelərində dayanıb.

Prezident İlham Əliyev Vaşinqtondan bildirib ki, Azərbaycan Silahlı Qüvvələri hücumu dəf edib, qarşı tərəf lazımi cavabını alıb. Bəli, cavabını alıb və öz mövqelərini müdafiə ediblər. Bir qarış belə geri çəkilməyiblər…

Həlak olan əsgərlərə Allah rəhmət eləsin!

 

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*