GerizEkalı, yoxsa gerizƏkalı?

gerizeka

Türklərin tez-tez işlətdikləri “gerizekalı” sözünün Azərbaycan dilində qarşılığı bilirsiniz nədir? Çox təəccüblənəcəksiniz. İnternetdə yazılıb ki, “gerizEkalı” Azəricə “gerizƏkalı” deməkdir. Gördünüz nə boyda fərq varmış! Bəs “salak gerizekalı şerefsiz aptal“ ifadəsinin tərcüməsi nədir?  Türkcə “Salak gerizekalı şerefsiz aptal“ın Azərbaycan dilinə tərcüməsi-“Axmaq gerizekalı şərəfsiz axmaq”dır. İntertdə belə yazılıb.  “Mükəmməl” tərcümədir, lakin “aptal” “uzunqulaq” kimi tərcümə edilsəydi, əla olardı. Gerizəkalı isə qala bilər. Təhqir deyil. Çünki gerizəkalı gerizəkalıdır… Gerizəkalıların milliyyəti, dini, vətəni olmur…

***

Səhər tezdən Azərbaycan mətbuatını oxumağın bambaşqa ləzzəti var. Yox, kinayə deyil, həqiqətdir. Azərbaycan mətbuatını oxuyanda dünyanın nə günə düşdüyünü dərk edirsən. Çünki hər xəbər bir “şahnamə”, hər reportaj bir “xəmsədir”. Misal: “Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.  Sonra fəxri qarovul dəstəsinin rəisi üzünü çevirərək Qətər əmirinə də raport verib. Və Azərbaycan prezidenti və Qətər dövlətinin əmiri rəsmi foto çəkdiriblər.” “Rəsmi” fotoya bax:

qatar5

Yazıq Əmir! Görün oturuşu ilə dünyanı özünə məftun edən İlham Əliyevin qabağında Qətər Əmiri necə büzüşərək oturub! Mətbuat haqlıdır- dünya həqiqətən  Bakıdan idarə olunur.  Prezident Əliyevin son vaxtlarda xarici qonaqlarla “təkbətək”, “gözgözə”,  “qapalı” görüşləri beynəlxalq mətbuatın diqqət mərkəzindədir.

mutbaat

Hayıf səndən dünya, gör kimlərin əlində qalmısan!

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*