Mirzə Xəzər: Tramp, yoxsa Klinton?

GettyImages-843167781438806851

Tramp. ABŞ vətəndaşı olaraq Donald Trampa səs verəcəm. Niyə? Çünki sözü ilə əməli vəhdət təşkil edir. Yəni səmimiyyətinə inanmaq olar. Hillari Klintonun sözü ilə əməli üst-üstə düşmür. Bu gün verdiyi vədlərini seçkidən sonra unutmayacağına təminat yoxdur. Donald Tramp ABŞ hökumətində heç vaxt vəzifədə olmayıb. Onun, necə deyərlər, “əmək kitabçası” tərtəmizdir. Hillari Klintonun “kitabçası” isə yox. Onun Dövlət Katibi olan zaman  dövlət siyasətinə aid rəsmi yazışmaları şəxsi email adresində yayması ilə bağlı qalmaqal hələ də yaddaşlardan silinməyib.  Və Tramp ilə Klinton arasında mübarizə gücləndikcə, yeni-yeni çirkli kompromatların mediada yayılması şübhə doğurmur. Üstəlik Hillari Klintonun  dövlət katibi vəzifəsinin öhdəsindən gec-bəla ilə gəldiyini fəal seçicilər bilir. Dövlət katibi vəzifəsini layiqincə yerinə yetirə bilməyən şəxsin dünyanın yeganə super dövlətinin prezidenti vəzifəsini lazımınca ifa edəcəyinə yalnız sadəlövh amerikalılar inanar. Dünyanın indiki qarmaqarışıq vəziyyətində Amerikaya zəif yox, güclü və sözünün üstündə dura bilən prezident lazımdır.

Seçkilərə 7 ay qalıb. Proqnoz vermək çətindir, amma şəxsən belə hesab edirəm ki, nəticədə Donald Tramp qalib gələcək. Qalib gəlməlidir…çünki mən ona səs verəcəm!!!:)

 

Mirzə Xəzər

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*