ABŞ, Rusiya və İran anlaşdı: Suriya üç yerə bölünəcək?

azaz

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın təəssübkeş müdafiəçisi olan “Yeni Şafak” qəzeti iddia edir ki, ABŞ, Rusiya və İran Suriyanın üç hissəyə bölünməsi məsələsində razılığa gəlmişlər. Bu iddiaya inanılarsa Suriya PYD-yə bağlı kürd dövləti, əsədin hakimiyyətinə bağlı bölgə və çöllük əraziyə nəzarət edəcək DAEŞ-İŞİD bölgəsi olaraq üç yerə bölünəcək. Qəzet yazır ki, Obama hökuməti guya Amerikanın Suriya siyasəti üzrə tanınmış şərqşünaslarından biri olan, 2013-2015-ci illərdə prezident Obamanın xüsusi elçisi olaraq Ağ Evdə Yaxın şərqə, Şimali Afrika və Körfəz ölkələri ilə əlaqələr üçün cavabdeh olmuş, hal-hazırda isə ABŞ Dövlət Departamentində işləyən Filip Qordonun “Deescalation and Decentralization”-“Atəşi dayandırmaq və mərkəzi hakimiyyəti yumşaltmaq” adlı planını həyata keçirtməyə başlamışdır. Filip Qordonun . Rusiya və İranın bu planı bəyəndiyini qeyd edən qəzetin fikrincə, tərəflərin məqsədi Türkiyənin ərəb aləminə yolunu kəsməkdir. Gülünc iddiadır…

“Yeni Şafak”ın Ərdoğan-Davudoğli cütlüyünün siyasi ruporu olduğunu nəzərə alaraq onun iddialarına şübhə ilə yanaşmaq lazımdır. Qəzetin yazısı təzadlarla doludur. Belə ki, qəzet Filip Qordonun planını, necə deyərlər, “ifşa” edəndən sonra nədənsə birdən-birə Vaşinqtonun beyin mərkəzi sayılan “Rand Corporation”un hazırladığı “plana” keçir. Qəzetin “Rand Corporation”a aid etdiyi plan isə Filip Qordonun ayağına yazdığı plandan çox fərqlənir və burada söhbət Suriyanın 3 yox, 4 yerə bölünməsi planından bəhs edilir ki, bunun özü iddiaların ciddiyyətinə şübhə etməyə əsas verir. Təkcə bir faktı qeyd etmək kifayətdir: kürdlər PYD-nin, sələfilər “İŞİD”ın bayrağı altında ayrı-ayrılıqda vahid mərkəzə tabdilərsə, Türkiyənin himayə etdiyi Azad Suriya Ordusu və Cəbhət-ən-Nusra bir mərkəzə tabe olmayan, istədikləri kimi hərəkət edən 100-dən çox silahlanmış partizan dəstələrindən ibarətdir. Bu səbəbdən Suriyanın 3 və ya 4 yerə bölünməsi qeyri-mümkündür…

“Yeni Şafak” ya zarafat edir, ya da aranı qarışdırır. Belə təəssürat oyanır ki, Davudoğlu hökuməti hər fürsətdən istifadə edib, ABŞ və Rusiyanın təşəbbüsü ilə elan olunan atəşkəsə mane olmağa çalışır.

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*