Səudiyyə Ərəbistanı İlham Əliyevi arxadan vurdu

saud ilham
Azərbaycanda manatın misli görülməmiş şəkildə dəyərdən düşməsi ilə başlayan ağır böhranın səbəbkarı Səudiyyə Ərəbistanıdır. Bunu, Amerika Birləşmiş Ştatlarının Oreqon ştatında çıxan “Salem news” qəzeti iddia edir. Azərbaycanın keçmiş diplomatı Arif Məmmədovun müsahibələrinə və digər məlumatlara əsaslanan “Salem news” yazır ki, ötən il neftin qiyməti sürətlə aşağı düşməyə başlayanda Azərbaycan prezidenti İlham Əliyev Ər Riyada səfər etdi. Səfər əsnasında İlham Əliyev neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurduğunu dilə gətirmiş və böhranın öhdəsindən gəlmək üçün Səud kralından yardım istəmişdir. İddiaya görə, Səudiyyə kralı Azərbaycanda təqfirçi vəhhabilərin fəaliyyətinə şərait yaradılması və İranın Azərbaycanda nüfuzunun məhdudlaşdırılması müqabilində maliyyə yardımı verməyə və Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa hazır olduğunu bildirmişdir. Lakin İlham Əliyev Ər Riyadın şərtlərini yerinə yetirə bilməmişdir. Səudiyyə Ərəbistanı isə Azərbaycan prezidentinə verdiyi sözü tutmamışdır. Qəzet hətta Eldar Mahmudovun Səudiyyə adamı olduğunu və Nardaranda məlum əməliyyatın məhz vəhhabi sui-qəsdi olduğunu iddia edir.

Bunlar iddiadır və həqiqətə nə dərəcədə yaxın olduğunu söyləmək çətindir. Lakin məlumdur ki, İlham Əliyev və ailəsi Məkkədə namaz qılıb Bakıya qayıdandan bir neçə ay sonra Azərbaycan manatı 47 faiz dəyər itirdi və ölkə iflas astanasına çatdı. “Salem news” İlham Əliyevin siyasi gələcəyi təhlükə altındadır…

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*