BERLİN SİNAQOQUNDA “1-Cİ DÜNYA MÜHARİBƏSİ VƏ ERMƏNİLƏRƏ QARŞI GENOSİD” SƏRGİSİ AÇILIB

sinaqoqe
Yanvarın 30-da Berlinin köhnə sinaqoqunda “Armin Veqner və 1-ci dünya müharibəsi: erməni soyqırımı” mövzusuna həsr edilmiş sərgi açılmışdır. Sərgi fevralın 24-nə kimi ziyarətçilər üçün açıq olacaqdır. Armin Teofil Veqner Birinci Dünya Müharibəsi illərində alman əsgəri kimi Osmanlı imperiyasında xidmət etmişdir. Ermənilərin sürgün edilməsinə şahid olan Armin Veqnerin çəkdiyi fotoşəkillər və topladığı sənədlər Erməni soyqırımı iddiasının mühüm dəlilləri hesab edilir. 1933-cü ildə Armin veqner Almaniyada yəhudilərin təqibinə qarşı səsini ucaldaraq Hitlerə etiraz məktubu yazmışdır. Yəhudiləri müdafiə etdiyi üçün cəzalandırılmışdır. Veqner 1978-ci ildə Romada vəfat etmişdir.

Berlinin qədim Loytershauzen Sinaqoqunda “Armin Veqner CƏmiyyəti”nin erməni soyqırımına həsr edilən sərgisi fevralın 24-nə kimi davam edəcək.

Fevralın 20-də isə Hirşberq şəhər bələdiyyəsinin binasında erməni “Qayane” balet ansamblının müşaiyətində Veqnerin şe°rləri və erməni soyqırımı ilə əlaqədar yazıları səsləndiriləcək.

Azərbaycanın Berlindəki səfirliyi bu tədbirə münasibət bildirməyib. Nazim İbrahimovun Almaniyadakı fəal “diaspora”ları da susurlar…
“Mirzə Xəzərin Səsi”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*