Təxribat! Yük maşınında Azərbaycana gələn alman inəklərinə Dağıstanda sui-qəsd!

almaninek
Almaniyadan Azərbaycana cins inəklər gətirən və Polşa nəqliyyat firmalarından birinə məxsus olan TIR Rusiya ərazisində avtomatdan atəşə tutulub.

Virtualaz.org xəbər verir ki, bu haqda “Polşa radiosu”na həmin nəqliyyat firmasının sahibi Valdemar Yaşur məlumat verib.

Onun bildirdiyinə görə, hadisə ötən gecə baş verib. Naməlum şəxslər Dağıstan yaxınlığında TIR-a avtomatlardan atəş açıblar. Güllələr avtomobilin korpusunu deşib, bununla belə sürücü yara almayıb. O, avtomobili ən yaxın “QAİ” postuna qədər çatdıra bilib. Valdemar Yaşur deyib ki, atəş açanların motivi məlum deyil. Ola bilsin silahlılar avtomobilin daşıdığı yükü, ya özünü ələ keçirmək istəyiblər.

Bəzi ekspertlərin fikrincə bu sui-qəsdin arxasında siyasi məqsədlər ol bilər. Xüsusilə sui-qəsdin Münxendə keçiriləcək beynəlxalq konfrans ərəfəsində baş verməsi ekspertlərin diqqətini cəlb edib. Qeyd edilir ki,  Azərbaycan prezidenti İlham Əliyev də konfransda iştirak edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*