Ərdoğan-Davudoğlu siyasəti Suriyada tam iflasa uğradı

sigin
Suriya qoşunları “Hizbi-Allah” dəstələrinin və Rusiya aviasiyasının köməyi ilə Türkiyənin himayə etdiyi silahlı qüvvələrin son istehkamı olan Hələbi ələ keçkirtmək üzrədir. Hələb və ətraf rayonlardan qaçan mülki əhali Türkiyəyə sığınmaq üçün sərhəddə gözləyir. Birləşmiş Millətlər Təşkilatı və AVropa Birliyi Ankaradan qaçqınlara sərhəddi açmağı tələb edir, lakin Davudoğlu hökuməti gözləmə mövqeyi tutur. Məqsəd? Türkiyə hökuməti ümid edir ki, son anda Suriyada heç olmasa sərhəd bölgəsində nüfuz dairəsini əlində saxlaya biləcəkdir. Lakin oyunun əsas iştirakçıları – Amerika Birləşmiş Ştatları, NATO və Rusiya Türkiyəni Suriyadan uzaq tutmağa çalışır. Ankara ilə Vaşinqton arasında Suriya kürdlərinin PYD qüvvələri xüsusunda dərin ziddiyyət özünü bariz şəkildə göstərir. Ankara kürd silahlı birliklərinin Suriyanın Türkiyə ilə sərhəd məntəqəsində güclənməsini istəmir. Rəcəb Tayyib Ərdoğan çalışır ki, Amerika və Avropa Birliyi PKK-nı olduğu kimi PYD-ni də terrorçu təşkilat kimi tanısınlar. Lakin ABŞ hökuməti bu səylərə qarşı çıxır və PYD-ni İŞİD-la mübarizədə əsas müttəfiqi olduğunu bildirir. Amerika-Türkiyə münasibətləri fevralın 9-da ən yüksək gərginlik nöqtəsinə çatmışdır. Dövlət Departamentinin Vaşinqtonun PYD ilə əlaqədar mövqeyini təkrar etməsinə cavab olaraq ABŞ-ın Ankara səfirini Türkiyə xarici işlər nazirliyinə çaşırmış və ABŞ-ın son bəyanatından narahatlıq keçirtdiyini bildirmişdir. Ancaq bütün bu səylərə baxmayaraq rəsmi Vaşinqtonun kürd məsələsində mövqeyini dəyişəcəyini gözləmək sadəlövhlük olar. Ankaranın Moskva ilə dərin böhran içində olduğunu xatırlatmaq yerində olar. Yalnız bunu qeyd etmək kifayətdir ki, Vladimir Putin Ərdoğanın görüş xahişini rədd etmişdir. Rusiya Türkiyəni Suriya və İraq xaricində tutmaq üçün əlindən gələni edəcək.

Bununla yanaşı, Ankara sonda sərhəddə toplaşmış on minlərlə suriyalını ölkəyə buraxmalı olacaq. Söhbət on minlərdən yox, bunun ardınca yarəm milyon suriyalının Türkiyəyə sığınmasından gedir ki, bunun Türkiyə üçün fəlakət olacağını təxmin etmək çətin deyildir.

Ölkənin cənub-şərqində PKK partizanları ilə şiddətli döyüşləri də unutmamaq lazımdır. Ərdoğan-Davudoğli siyasəti Suriyada tam iflasa uğramış kimi görünür. Növbəti iflas xəbəri İraqdan gələcək. Çünki Bağdad hökuməti, ABŞ və Kürdüstan Türkiyənin İraqda hər hansı şəkildə iştirakını istəmirlər…

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*