Hakimiyyət böhrandan çıxış yolunu tapdı: Neft öldü, yaşasın pambıq

Cotton-in-Uzbekistan-010
23 il neft çıxartdılar, daşıdılar, satdılar və pulları xarici banklarda gizlətdilər. Yedilər, içdilər, əyləndilər, keyf elədilər. Lovğalandılar, prezidenti dünyanın ən ağıllı başçısı kimi mədh edib göylərə qaldırdılar. Və qəflətən neft yerə sərildi və ağıllı prezident öz nökərləri ilə birlikdə göydən yerə yıxıldılar. Ölkə ağır böhran içində vurnuxur. Xalq ağır böhrandan çıxmaq üçün əlləşir, hakimiyyətdəkilər isə ölkıni xilas etməyi unudub, hələ də yeni qazanc yerləri axtarırlar. Və tapıldı…

Pambıq! Bəli, pambıq! 2016-cı ildə əvvəlki ildəkindən 80% çox – 30 min hektar sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır. İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən Modern.az saytına verilən məlumata görə, pambıqçılıq sahəsində 15 mindən çox yeni iş yeri açılacağı gözlənilir. Yox, aldanmayın, bu 15 min nəfər pambıq yığmayacaq, pambıq yığanlara nəzarət edəcək. Pambıqı kəndli  əkib yığacaq, qazanc yenə eyni adamların hesabına axacaq. Pestisid isə kəndli qadınların südünü zəhərləyəcək…

1970-ci illərdə məktəbləri bağlayıb, şagidləri pambıq yığımına dağıyırdılar. Kolxoz bazarlarını bağlayıb hamını yük maşınlarına yükləyib pambıq tarlalarına göndərirdilər. Görəsən indi də belə olacaqmı?

Hamı pambıq yığmağa!

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*