Gəncədə Elmar Vəliyevə qarşı üsyan VİDEO FOTOSESSİYA

Gəncə sakinləri əmək yarmarkasında etiraz aksiyası keçiriblər

Fevralın 5-də Gəncə şəhərində  İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin təşəbbüsü ilə əmək yarmarkası təşkil olunub.

Tədbir  Yeni Azərbaycan Partiyasının binası yaxınlığında baş tutub.

Gəncə şəhər sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə,  tədbirə 2 minə qədər insan toplaşıb. Təklif olunan iş yerlərinin isə hamısı formal xarakter daşıyıb. İçəri girən şəxslər yarmarkada fəhlə, diplomsuz şəxslər üçün iş yerlərinin olmadığını deyiblər. Nəticədə bu hadisə insanlar arasında narazılığa səbəb olub. Şəhər sakinləri “istefa” şüarları səsləndirərək, etirazlarını bildiriblər.

Sakinlərin sözlərinə görə, yarmarkada olan Elmar Vəliyev dərhal ərazidən uzaqlaşdırılıb. Hadisə yerinə polis qüvvələri gəlib.  Onlar etirazçları həbs etmək istəyərkən müqavimətlə üzləşiblər. Sakinlər saxlanılan şəxsləri polislərin əlindən almağa cəhd etsələr də, mümkün olmayıb. Şəhər sakinlərinin bir neçəsi həbs edilərək bölməyə aparılıb.

Son məlumata görə, insanlar hələ də YAP-ın binası önündədirlər.

meydan.tv

ganja1 ganja2 ganja3

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*