Cəsarətli Ramil Usubov “azad” olunmuş Nardaranı daxili qoşunların müşaiyətində ziyarət edib

usub

Qəsəbə daxili qoşunlar və əli avtomatlı polislər tərəfindən zəbt edildi. Məscidlər bağlandı. Nardaran Pirinə qıfıl vuruldu. Azan qadağan edildi. 60 nəfər həbsə atıldı. Çapacaq və qıymakeşlər, ov tüfəngləri və cib bıçaqları  müsadirə edildi. Qəsəbə sakinlərini yoxlamaq üçün 39 ədəd post quruldu. Və daxili işlər naziri Ramil Usubov nəhayət Nardaran torpağına ayaq basa bildi.  Belə görünür ki, hakimiyyətin ən böyük dərdi Qarabağ yox, Nardaran idi. Hakimmiyyətin heç bir dərdi qalmadı. Nardaran qoşunların nəzarətindədir. Ermənilər bura girə bilməzlər…Öz vətəndaşlarına bu cür “hörmət” qoyan və “qayğı” göstərən hakimiyyətə eşq olsun!

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*