Ramil Usubovun rəşadətli polisi Nardaranda 5 dənə əldəqayırma bıçaq aşkar edib

image

Daxili Qoşunların və polisin mühasirəsində olan Nardaranda “cəsur” əməliyyatlar davam edir.

Musavat.com xəbər verir ki, Nardaranda yaradılan 42-ci Polis Bölməsinin “fədakar” əməkdaşları xüsusi əməliyyat keçirdib, qəsəbə sakini İlqar Abdullayevin üzərindən 1 ədəd cib bıçaqı tapıblar. İ.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Digər bir əməliyyat zamanı isə Ş.Tusi küçəsində 18 ədəd kustar üsulla hazırlanmış bıçaq, bir ədəd süngü bıçaq, 18 ədəd 5.45 və 1 ədəd 16 çaplı patron aşkar edilərək götürülüb.

Belə getsə, bu ilin sonuna kimi Nardaranda yerli qalmayacaq, hamısını tutub zindana soxacaqlar. Maşallah belə hakimiyyətə: erməniyə gücü çatmır, öz vətəndaşlarına divan tutur. Amma bunun sonu gələcək və…pis gələcək.

Mirzə Xəzər

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*