2016-cı ilin ilk “casus”u: Nardaran ağsaqqalı Hacı Natiq “düşmən” tərəfinə keçməkdə ittiham olunur…

hacina

Rəsmi məlumata görə, bu gün Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində məhkəmə qərarı verilib. Maraqlı iddiadır. Əməliyyat? DTX-nin xüsusi əməliyyatı? Nardaran Polis və daxili qoşunların mühasirəsindədir. Məscidlər bağlıdır. Nardaranlıların kənddə sərbəst hərəkət etmək hüququ məhdudlaşdırılıb. Hər addımda sənəd yoxlayırlar. Kənd xaricindən heç kimi içəri buraxmırlar. Getto. Hacı Natiqi evində tutub aparıblar. Bunun adını əməliyyat qoyublar.

Natiq Kərimov barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Niyə? Natiq Kərimov Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham olunur. Maddə budur: dövlətə xəyanət etmək, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmək.

DTX iddia edir ki, Hacı Natiq bütün bu cinayətləri işləmişdir. Heyrət! DTX “düşmən tərəfinə keçmək” deyəndə nəyi nəzərdə tutur? Hansı düşmən? “xarici dövlətə” təbiri ilə İranın qəsd edildiyi şübhə doğurmur. İran İslam Respublikası nə vaxtdan “düşmən tərəf”idir? Və Hacı Natiq hansı “dövlət sirrini xarici dövlətə”, yəni İran İslam Respublikasına ötürmüşdür? Bəlkə Hacı Natiqin şiə ruhanisi əl Nimrin Səudiyyə Ərəbistanında edamına qarşı etirazı DTX-nın xoşuna gəlməyib? Gülüncdür. Çox gülünc. Görünür hakimiyyət Nardaran “serialını” 2016-cı ildə davam etdirməyi qarşısına məqsəd olaraq qoyub. Və həmişəki kimi bu hakimiyyətin əməllərində məntiq axtarmaq əbəsdir…

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*