İlham Əliyev vurnuxur, Nursultan Nazarbayevdən məsləhət istəyir

nazar ali

Azərbaycan prezidenti İlham Əliyev bu gün Qazaxstanın dövlət başçısı Nursultan Nazarbayevə zəng edib. Bu məlumat Qazxstanın “zakon.kz” səhifəsində dərc edilib. Rəsmi məlumatda ümumi ifadələrdə deyilir ki, telefon danışığı zamanı İlham Əliyev Qazaxstan prezidentinin yeni ilini təbrik edib və tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ola bilər, lakin İlham Əliyevin özündən təcrübəli Nursultan Nazarbayevə zəng etməsinin əsl səbəbi, təəccüblənməyin, manatın devalvasiyası üzündən ölkədə yaranan dərin böhran olub. Niyə Qazaxstan?

Çünki, Qazaxstan da bu günlərdə növbəti dəfə öz milli valyutasını dollara nisbətdə devalvasiya etmişdir. İlk dəfə deyildir. 2014-cü il fevralın 11-də Qazaxstan hökuməti milli valyuta-tengeninin dollara nisbətdə məzənnəsini himayə etməkdən imtina etmişdir. O zamandan bəri təngə dəfələrlə dəyər itirmişdir. Sonuncu devalvasiya nəticəsində təngə 20 faiz dəyər itirmiş, ölkədə hər sahədə böhran baş qaldırmışdır. Lakin Qazaxstanın vəziyyətini Azərbaycan ilə müqayisə etmək olmaz.

Qazaxstan milli bankının valyuta bazarına müdaxilə etmək üçün kifayət qədər valyuta ehtiyatı vardır. Lakin Azərbaycan Milli Bankının ehtiyatları tükənir. Digər fərq isə ondan ibarətdir ki, Qazaxstanda bank sistemi pis-yaxşı işləyir. Ancaq Azərbaycanda bank sistemi yalnız kağız və reklamların üstündə mövcuddur. Banklar ayrı-ayrı feodal məmurların əlində oyuncaqdır.

Nazarbayevin İlham Əliyevə nə məsləhət verdiyini öyrənmək mümkün olmayıb. Amma belə təxminlər vardır ki, qazax prezidenti Azərbaycan prezidentinə təsəlli verə bilməyib…
Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*