ABŞ-ın Yəhudi lobbisi İlham Əliyevə qarşı cəbhə alır

ben karden

Bəli. Əliyev hakimiyyətinin 22 il ərzində sərf etdiyi bütün səylər puç oldu. Sərf edilən milyonlarla dollar vəsait boşa getdi. ABŞ-ın yəhudi lobbisini “ələ almaq” mümkün olmadı. Bu, Əliyev rejiminin Vaşinqtonda tam iflasa uğradığını göstərir. Niyə? ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Turan”a müsahibəsində bildirib ki, Senator Benjamin Kardin yeni ildə Azərbaycan ilə bağlı öz qanun layihəsini Konqresin müzakirəsinə təqdim etməyə hazırlaşır. Kozlariç deyib: “Bencamin Karden tərəfindən təqdim edilmiş digər qanun layihəsi – Qlobal Maqnitski Aktı da bunu deməyə əsas verir. Bu sənədin əhatə dairəsi hətta Smitin layihəsindən də genişdir və siyasi məhbusların, korrupsiyanın olduğu ölkələrdə konkret şəxslərə qarşı maliyyə sanksiyalarını nəzərdə tutur. Ona görə də mən çox təəcüblənirəm ki, Bakıda Kardinin layihəsinə yox, Smitin qanun layihəsinə bu qədər çox diqqət ayırırlar”. Kozlariç haqlıdır. Bakıda Smitin layihəsi ətrafında hay-küy böyük olduğu halda, Ben Kardenin layihəsinin adını heç kim çəkmir. Səbəb? Səbəb çox sadədir. Senator Ben Karden yəhudidir. Rəsmi Bakı indiyədək icimaiyyəti iqna edirdi ki, Amerika yəhudi lobbisi Əliyein tərəfindədir. Ben Kardenin sanksiya təklifi üzərindən sükutla keçməklə Əliyev rejimi özünün Amerika yəhudi lobbisinin qəzəbinə gəldiyini gizlətmək istəyir. Amma gizlətmək mümkün deyildir.

Ben Karden Amerika Yəhudi Lobbisinin ən güclü liderlərindən biridir. Bencamin Karden Baltimorda yəhudi ailəsində anadan olmuşdur. Kardenin babası və nənəsi Rusiyadan Amerikaya mühacirət etmiş yəhudilərdir. Ailənin əsl soy adı Kardonskidir və sonradan Kardenlə əvəz edilib.

Ben Karden Konqresin ən nüfuzlu veteranlarından biridir və sözünün çəkisi var. Azərbaycana qarşı yeni sanksiyaları məhz Kardenin təklif etməsi rəsmi Bakı üçün artıq təbil siqnalı olmalıdır.

Kimdir günahkar? Kozlariç aydın şəkildə bildirib ki, “hakimiyyət siyasi məhbusları buraxmalı idi, ancaq onlar bunu etmədilər”. Bununla da Azərbaycan hökuməti Vaşinqtonla əməkdaşlıqdan imtina etdiyini açıq göstərdi. Vaşinqtonun buna cavab verməməsi qeyri-mümkündür.

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*