Ramil Usubova müraciət: “Nardaran əməliyyatının məsuliyyəti sizin üzərinizdədir”

nardaram

Rzayev şərti adı altında bir polis zabiti saytın elektron poçt ünvanına (info@edaletsizlik.com) Nardaranda baş vermiş hadisə ilə bağlı daxili İşlər nazirinin ünvanına 2-ci geniş izahlı müraciət ünvanladı.

“edaletsizlik.com” saytı 14.12.2015-ci il tarixdə bu şəxsin bir müraciətini təqdim etmişdi.
Həmin müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:

1 ay əvvəl mən sizə müraciət etdim. Hətta DİN-in elektron poçt ünvanına məktub göndərdim. Mən sizdən xahiş etdim ki, Azərbaycan polisinə hörmət əlaməti olaraq Nardaran hadisələrinin əməliyyat çəkilişini ictimayyətə təqdim edəsiniz. Xahişimiz yerinə yetirilmədi. Azərbaycan polisinə qoyduğunuz hörmət budurmu? Polis əməkdaşlarımızın öldürülməsiylə bağlı ehtimallarımız doğru çıxmış kimi görünür.

Ramil Usubov, Nardaran əməliyyatının video çəkilişini təqdim etməməyiniz, həbs olunan Nardaran sakinlərinin və yaralanan şəxslərin xüsusi izolyasiya rejimində tam 100 faiz təcrid olunmuş vəziyyətdə saxlanılması, vəkillə görüşə icazə verilməməsi, məhbus yox əsir kimi saxlanılması bir daha bizə əsas verir düşünək ki, nardaranlıların silahı olmayıb və siz törətdiyiniz qətliamın sirlərinin ictimayyətə çıxmasından ehtiyatlanırsınız.

Müraciətdə sonra deyilir: “Öldürülən polislərin yerində mən də ola bilərdim” fikri hər bir polis işcisini narahat etməyə bilməz. Bununla da hakimiyyət polisin yanında etibarını itirmiş halına gəldi. Nardaran əməliyyatından sonra biz polis işciləri anladıq ki hakimiyyət öz çirkin niyyətinə çatmaq üçün istənilən polis işcisini qurban verə bilər. Nardaran əməliyyatının məsuliyyəti sizin üzərinizdədir. Polis əməkdaşları və 5 nəfər dinc sakin sizin göstərişinizlə öldürülüb. Əməliyyat öncədən belə planlaşdırılıb.”

Müraciətin müəllifi ittihamlarına davam edir: “Ramil Usubov, sizin başcılıq etdiyiniz Nardaran əməliyyatında 7 nəfər Azərbaycan oğulları öldürüldü. Ailələri başsız qaldı. Nardaranlıların silahlı olmağını sübut etmək üçün 7 ailəni başsız qoymağa lüzum yox idi. Əməliyyatı başqa cür də planlaşdırmaq olardı. Ramil Usubov artıq sizin şəxsiyyətiniz bizə bəllidir. Siz tarixdə qatil nazir kimi həkk olundunuz.”

Və müraciət bu sözlərlə qurtarır: “Ramil Usubov unutmayın ki Azərbaycan xalqı və biz polislər qeyrətimizi itirməmişik və heç də sizin düşündüyünüz kimi avam deyilik. Hər şeyi çox yaxşı anlayırıq.”

ŞOK XƏBƏR. Nardaranda 2 polis işçisi öz yoldaşlarının güllələməsi ilə bağlı yeni müraciət… 2-ci hissə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*