Mirzə Xəzər: Milləti yarı yolda buraxıb qaçan namizədlər

No-Diktator-290x290

Seçkiyə dörd gün qalıb. Gurultu ilə namizədliyini irəli sürən bir neçə “müstəqil” xalq qəhrəmanı gurultulu bəyanat verərək bir-bir dala çəkilir. Niyə? Çünki “seçki saxta olacaq, xalqın səsi nəzərə alınmayacaq”…Özlərini dolayıblar, yoxsa xalqı? İndi ayılıblar? Azərbaycanda nə vaxt azad seçki keçirilib? Azərbaycanda nə vaxt xalqın səsi nəzərə alınıb? Bu “millət qəhrəmanları” Ayda yaşayıblar?

Yox, Ayda yaşamayıblar. Azərbaycanda yaşayıblar. Onların hər şeydən xəbəri var. Və Azərbaycanda hər şeyin qiyməti var. Dala çəkilən namizədlərdən biri hətta “facebook”dan xalqa müraciət edərək, “dövlətin gücünü saxtakarlığa sərf edən hakimiyyətin seçki oyunun pozmaq ucun ölkəmizi səfərbər olmağa” çağırıb. “Musavat.com” yazır ki, ölkəni səfərbər olmağa çağıran sabiq namizəd yoxa çıxıb. Daş atıb gizlənmək ənənəsi hələ də yaşayır. Son məlumata görə, deputatlığa namizəd xalqa müraciət edəndən sonra təyyarəyə oturaraq ölkəni tərk edib.  Eks-namizəd Azərbaycanı tərk etdiyini, problemlərini həll edəndən sonra qayıdacağını bildirmişdir. Allah ağıl versin…

Xalqı yenə meydanda tək qoydular…‬

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*