“Meydan TV”nin jurnalisti Günel Mövludun qardaşları həbs edilib. Yenə narkotik əhvalatı

movlud

——

Daxili İşlər Nazirliyi şairə Günel Mövludun qardaşlarının həbsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, dünən polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar: “Hal şahidlərinin iştirakı ilə üzərilərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb.

Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır”.

* * *

Vəkil İmanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs olunub.

Bunu virtualaz.org saytına Biləsuvar Rayon Polis Şöbəsindən bildiriblər. Amma işi araşdıran təhqiqatçı Bəhruz Muradovla əlaqə saxlasaq da o, bu barədə heç bir açıqlama vermək istəmədiyini bildirdi.

Qeyd edək ki, Vəkil İmanov “Meydan” TV-nin redaktoru, yazar Günel Mövludun qardaşıdır.

Oktyabrın 13-də yazarın qardaşları – Vəkil İmanov Biləsuvarda, Raci İmanov isə Sumqayıtda saxlanılaraq polis bölməsinə aparılıblar.

Onu da qeyd edək ki, Günel Mövlud ailəsi ilə birlikdə xaricdə yaşayır. O, bir müddət əvvəl sosial şəbəkələrdə fəaliyyətinə görə ailəsinə təzyiqlər edildiyini və qohumlarından imtina etdiyini yazmışdı.

İnarə Rafiqqızı

Virtualaz.org

P.S. Bura Azərbaycandır! Rejimi tənqid edənlər narkomandır! Haqqını istəyənlər narkomandır! 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*