Ermənilərin iddiası: cəbhə xəttində 6 Azərbaycan əsgəri həlak olub

karabakh

 

 

 

 

Azərbaycan və Ermənistan qüvvələri arasında şiddətli atışma davam edir. Tərəflər ağır minomyotlardan və raket qurğularından istifadə edirlər. Azərbaycan müdafiə nazirliyi xəbər verir ki, Qarabağda gedən ağır döyüşlərdə – düşmən 7 əsgər itirdi, Azərbaycan 3 şəhid verdi. Dağlıq Qarabağ separatçıları isə iddia edirlər ki, sentyabrın 28-də şiddətli toqquşma zamanı 7 Azərbaycan əsgəri həlak olub. Ermənilər hətta şəhid olan Azərbaycan əsgərlərinin siyahısını dərc etmişdir: Şəhriyar Uyadov, Eyub Ramazanov, Nicat Yarayev, Əhməd Eyubov, Elvin Yusifov və Samir Əhmədov. Separatçılar bu məlumatı hansı mənbədən əldə etdiklərini açıq demirlər.

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin iddialarına hələ cavab verməyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*