Diqqət! Ermənistan müharibəyə başlayır

 

Dünən gecə baş verən şiddətli döyüşlərdə Ermənistanın itkiləri – 4 ölü, 16 yaralı. Azərbaycan tərəfdən bir nəfər hərbi qulluqçu Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçu yüngül qəlpə yaraları alıb. Ermənistan Müdafiə Nazirliyi Azərbaycanı müharibə ilə hədələyir. Azərbaycan Müdafiə Nazirliyi düşməni xəbərdarlıq edib ki, ordumuzun mövqelərinin, sərhədboyu yaşayış məntəqələrinin atəşə tutulmasına cavab olaraq qarşı tərəfə bütün silah növlərindən istifadə olunmaqla sarsıdıcı zərbə endiriləcək. Gərginlik artır. Tərəflərin bir-birinə ağır silahlardan – top və raket qurğularından atəşə tutması davam edəcək. Sonunu heç kim təsəvvür edə bilməz…

One comment

  1. bu məncə əliyevllərin işidir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*