Daxili İşlər Nazirliyində general öldü. Səbəb?

 

Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev qəflətən vəfat edib.

Bu barədə “Qafqazinfo”ya məlumat daxil olub. General bu gün evində ürəktutmasından dünyasını dəyişib. Musayev Rasim İslam oğlu Azərbaycanda tanınmış generallardan olub. O, Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin (2011-ci ildə Gəncə şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib) rəisi vəzifələrində çalışıb.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib. Rasim Musayev xahişi nəzərə alınaraq 2013-cü il yanvarın 21-də Daxili İşlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. 2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

****

ŞƏRH: Generalın ürəktutmasına təkan verən səbəb barədə dəqiq məlumat verilmir. Məlum olan odur ki, Azərbaycanın bütün dövlət orqanlarını, o cümlədən daxili işlər nazirliyini və ona tabe olan bütün qurumları korrupsiya bürüyüb.  Psixoloqların fikrincə, korrupsiya infarkt, şəkər xəstəliyi, fəlc, insult və digər bu kimi təhlükəli azarların mənbəyi hesab edilir. Bununla yanaşı, güclü rəqabət və intriqalar, vəzifəni itirmək qorxusu da ciddi xəstəliklərəyol aça bilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*