İlham Əliyev elə bilir ki, dünya kordur: sifətlər eyni, xislət eyni, soyğun eyni

Bakının Səbail rayonunun icra başçısı Asif Əsgərov Nəsimi rayonuna icra başçısı təyin olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Eldar Əzizov Səbayel rayonuna, Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Zakir Fərəcov isə Sumqayıt şəhərinə başçı təyin edilib. Abşeron icra başçısı Zakir Fərəcovun yerinə isə onun müavini İradə GÜlməmmədova təyin edilib. Hamısı tanınmış sifətlərdir. Müxtəlif rayonlarda feodalizm quruluşu yaradıb sahibkarklara qan udduran, “burda mənəm Bağdadda kor xəlifə” deyib insanları itaətkar kütləyə çevirən, zülm edən sifətlər.  Mürtəce Əliyev rejiminin onurğa sütunu bunlardır…

Rəylər:

Jurnalist Araşdırma Mərkəzinin saytında yazıla rəylər:

Elimemmed Quliyev Tarix:27.06.2014: Zakir Ferecovun arxasinda duranlar nece cekilib ki Zakir Ferecov ozu Xirdalanda o boyda Park-3 tikir ucu bucagi yoxdu bes onu kimin hesabina tikir? Nece olur ki, Xirdalanda et, meyve bir sozle kend teseruffati mallari onun bazarindan bashqa hec bir yerde satila bilmez. Bir sozle Torpaq biznesi onun qohum eqrebesi Lacinlilar baxir bes ona Kim icaze verib? Xirdalan seherine yeni asvalt ortuyu cekilir qalinligi 5sm hec bir standartda cavab vermeyen Luklar bir metr derinlikde. Yol boyu hasarlar sahibkarlar hesabina qaya dashinin uzerine aqlay vurulur pulunu icra yeyir, obyektlerin qarshisi bardurla baglanir pul alib acirlar. day ne bilim neleri deyek ki rahatlashaq. Cox heyif Xirdalan camaatinin halina ki bu cur icra bashcisi var. Cox xahish edirem eziz media ishcileri bu millet bizim milletimizdir bunu bir gelin Xirdalana ishiqlandirin yazigiq biz uje doze bilmirik. icra bashcisi bir defe olsun bele camaatla goruwmur ancaq Torpaq satir, serencam verir pul yigmaqla meshguldur.

SOLTAN RƏSULOV Tarix:26.06.2014 | # 2
ZAKİR FƏRƏCOV SUMQAYITI VİRAN QOYDU İNDİ DƏ ABŞERONU ELƏ GÜNƏ QOYUB Kİ BUNDAN SONRA 20 İLƏ ABŞERONU DÜZƏLTMƏK MÜMKÜN DEYİL CƏNAB İLHAM ƏLİYEVDƏN XAHİŞ EDİRƏM BU QANİÇƏN İCRA BAŞÇISI ZAKİR FƏRƏCOVU İŞDƏN AZAD EDİB ONU HƏBS ETDİRSİN VƏ ƏMLAKI MÜSADİRƏ EDİLƏRƏK DÖVLƏTİN HESABINA KÖÇÜRÜLSÜN

DİLQƏM RƏFİYEV Tarix:26.06.2014 | # 1
ZAKİR FƏRƏCOV 9 İLDİR ABŞERONU TALAN EDİR ZAKİR FƏRƏCOV ÇOX TƏHLÜKƏLİ QULDURBAŞIDIR BİZİM JURNALİSTLƏR HARA BAXIR JURNALİSTLƏRİMİZ HANSI SƏBƏBDƏN BU QANİÇƏNİ İFŞA ETMİR XAHİŞ EDİRƏM ZAKİR FƏRƏCOV TÖRƏTDİYİ AĞIR CİNAYƏTLƏR BARƏDƏ MİLLƏTİ MƏLUMATLANDIRIN

Virtualaz.org” protalından:
“Bu təzyiqlər artıq elə bir həddə çatıb ki, hamıda Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İradə Gülməmmədovanın Abşeronda külli-ixtiyar sahibi olması təəssüratı yaradır. Çünki nə qanun sayır, nə də ki, vətəndaşların hüququnu tanıyır. Məni şantaj edirlər ki, istəsək, obyektindən top-tapança da çıxara bilərik”. Bunu virtualaz.org saytına müraciət edən Abşeron rayonu, Fatmayı kənd sakini Aldırım Əliyev deyib. Şikayətçinin sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyəti (RİH) başçısının I müavini İradə Gülməmmədova tərəfindən qanunsuz olaraq sahibkarlıq fəaliyyətinə müdaxilələr edilir, məhdudiyyətlər, qadağalar qoyulur: “Hazırda məhz bu xanımın göstərişləri və təzyiqləri nəticəsində öz obyektimdən istifadə edə bilmirəm.
Eyni sifətlər, eyni xislət. İlham Əliyevin xarici dünyaya göstərmək istədiyi “islahatçı” komandasının oyunçuları bunlardır.  Əliyev elə bilir ki, dünya kordur…Davam edir feodalizm, daha kəskin, daha ciddi…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*