“Bu adam evində olduğu bir vaxtda baş verən hadisəyə görə həbsdədir”… Video

“Bu adam (Cavid Hüseynov) evində olduğu bir vaxtda baş verən hadisəyə görə həbsdədir. Halbuki baş verən hadisədən hamı kimi sonradan xəbər tutub. Gec-tez ədalət öz yerini tapacaq. Biz buna inanırıq”. Bunu Cavid Hüseynovun vəkili modern.az saytına deyib. “Gec-tez ədalət öz yerini tapacaq”? Ədalət? Hansı ədalət? Vəkilin ədaləti, yoxsa Rasimin ədaləti?  Bəs Cavid Hüseynovun doğrudanmı bu hadisədə heç bir rolu olmayıb? Həqiqətənmi heç bir günahı yoxdur? Bəlkə biz hamımız yuxu görmüşük. Gəlin təkrar o videoya baxaq. Öldürülən jurnalist Rasim Əliyevin Meydan TV-yə son müsahibəsinə baxaq və yaddaşımızı təzələyək.

 

Vəkil deyir ki, Cavid Hüseynov həbsxanada “çox darıxır, öyrəşmədiyi mühit onu çox sıxır”.  Həbsxana otel deyil, vəkil! Ata-anası və əzizləri də Rasim üçün darıxırlar. Cavid nə vaxtsa, bir gün həbsdən çıxıb sağ-salamat  kimi evinə qayıdacaq. Ancaq Rasim heç vaxt geri dönməyəcək…Vəkilin Rasimi tanınmış jurnalist adlandıranların ünvanına söylədiyi fikirlər isə etika və məntiq xaricində fikirlərdir. Vəkil “Azərbaycanda fotoreportyor kimi fəaliyyət göstərən, xarici mətbuatda isə tanınmış jurnalist kimi təqdim edilən Rasim Əliyevin ölümü ilə bağlı sözügedən qurumların verdiyi bəyanatlara adekvat müraciət hazırdır” deyir. Müraciətdə nə yazacaqsan, vəkil? Deyəcəksən ki, Rasim Əliyev fotoreportyor olub, məşhur jurnalist olmayıb?

Əgər vəkil bunu deyirsə, görün nə gündəyik…

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*