Sərsəm dünya: Elmar Hüseynovu unudan Jurnalistlər İttifaqı Amerika jurnalistlərinin hüquqlarını qoruyur

Azərbaycanda Jurnalistlərin Həmkarlar İttifaqı var imiş, xəbəriniz var idi? Yox. Bəli, var. Bu İttifaq Amerika Birləşmiş Ştatlarında baş verən jurnalist və operator ölümü ilə bağlı iri bir hekayə ilə öz mövcudiyyətini ictimaiyyətə bildirmək qərarına gəlib. Hekayənin məğzi odur ki, qatil Vester Lee Flanagan “dissident” olub, onun ifadə azadlığı pozulub və bu səbəbdən iki nəfəri güllələyib, ABŞ KİV-ləri isə bu hadisəni ört-basdır edir. Maşallah. İttifaq yuxu görür! Bəs Elmar Hüseynovu güllələyib öldürəndə bu, necə deyərlər, ittifaq harada gəzirdi? Rafiq Tağı öldürüləndə ittifaqdan niyə səs çıxmadı? Jurnalist Rasim Əliyev döyülərək öldürüləndə bu ittifaq harda idi? Yatmışdı. Prezident administrasiyası oyatdı.
 
P.S. İttifaq bəy narahat olmasın. Amerika Birləşmiş Ştatlarında elə kütləvi məlumat vasitəsi yoxdur ki, bu acı hadisəni işıqlandırmasın və səbəblərini araşdırmasın. ABŞ Azərbaycan deyil. (c) Mirzə Xəzər

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*