İtaliya mətbuatı Cavid Hüseynovun vəkilindən üzr istəyib?

Vəkil Adəm Məmmədov iddia edir ki, İtaliya mətbuatında Rasim Əliyevin ölümündə Cavid Hüseynovun günahkar olması haqqında məqalə dərc olunmuşdu. Lakin Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın yalanlarını ifşa edən açıqlamamdan sonra İtaliya mətbuatında Cavid Hüseynovla bağlı üzrxahlıq mətni yayılıb. Onlar səhv etdiklərini anlayıblar”. Maraqlı bəyanatdı. İtaliya mətbuatını vərəqlədik. Həqiqətən də İtaliyanın bir neçə qəzetində, o cümlədən “Repubblica”, “Gazetta”, “Blitzquotidiano”, “247.libero”, “Fangazetta” kimi nəşrlərdə Cavid Hüseynov-Rasim Əliyev hadisəsi barədə məlumatlar dərc edilib.  Amma Cavid Hüseynovun günahkar olduğu iddia edilmir və  heç birində vəkil Adəm Məmmədovun adı çəkilmir, “üzrxahlıq”dan isə əsər-əlamət yoxdur. Yazıların hamısında jurnalist Rasim Əliyevin “Facebook”da Cavid Hüseynov barədə yazdığı status üzündən onun dostları tərəfindən döyülərək öldürüldüyü qeyd edilib.   İtaliya mətbuatı və yaxud hər hansı xarici mətbuat vəkilin Avropa Şurasının baş katibinə məktubunun adını çəkmirlər.  Niyə çəkmirlər? Çünki, vəkil Adəm Məmmədovun Trobyorn Yaqlanda məktubundan və vəkil Adəm Məmmədovdan xaricdə heç kimin xəbəri yoxdur.

ubit

Bəs vəkilin belə davranmasının səbəbi nədir? Adəm Məmmədov vəkildir və müdafiə etdiyi şəxsə kömək etmək onun borcudur. Vəkil həbsdə olan futbolçu Cavid Hüseynovun ev dustaqlığına buraxılması barədə məhkəməyə müraciət edib. Vəsatətə yaxın günlərdə baxılacaq. Onun Avropa Şurasının baş katibinə “utimatumu” və İtaliya mətbuatının “üzrxahlığı” barədə söylədikləri daxili bazar üçün nəzərdə tutulub. Bəs vəsatət təmin ediləcəkmi? Bizdə olan məlumata görə, “Qəbələ”nin prezidenti Cavid Hüseynovun ev dustaqlığına buraxılmasını arzu etsə də, məhkəmənin vəsatəti təmin edəcəyini indiki anda təsəvvür etmək olmaz. Hadisə hələ istidir və burada söhbət İlham Əliyevin nüfuzundan gedir.

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*