Beyonsenin 345 min dollarlıq dikdaban ayaqqabısı və Heydər Əliyev ordeni

 

beyonse4

Beyonse (Beyonce) Jizel Noules-Karter Amerianın ən məşhur müğənnisi, bəstəkarı və aktrisasıdır. Dünyaca Beyonse olaraq tanınır. Bahalı geyimləri ilə məşhurdur. Bu yaxınlarda Beyonse 345 min dollarlıq təzə ayaqqabı alıb. Beyonse bu ayaqqabını payızda klip şəkilişində geyəcək. Ayaqqabını ‘Princess Constellation’ firması xüsusi sifarişlə hazırlayıb. Dikdabanın üstündə düz 1290 brilliant daşı var. Ayaqqabının 1000 il qarantiyası var. Beyonsenin o zaman 1034 yaşı olacaq. Əbədidir…

 

 

 

 

Myqayisə

Müqayisə üçün deyək ki, Heydər Əliyev ordeni Beyonsenin ayaqqabısından dala qalır. Heydər Əliyev ordenində 0,83 karatlıq 8 brilyant daşdan, 5,34 karatlıq 224 brilyant daşdan, 1 karatlıq 67 brilyant daş, ümumən isə 299 brilyant daşdan istifadə olunmuşdur. Beyonsenin dikdabanında isə 1290 brilliant daş var. Heydər Əliyev ordenindən 1000 daş çox.  Beyonsenin dikdaban ayaqqabısı üçün 1000 il qarantiya verilib, Heydər Əliyev ordeni üçün qarantiya-təminat verilməyib. Yəni Beyonsenin dikdabanı yaşayacaq, Heydər Əliyev ordeni isə tarixin qaranlıqlarında unudulacaq.

Ilham Aliyevin Ukrayna segeri_22 may 2008_2

 

 

 

 

 

 

 

Vəssalam. Bu gün resept yoxdur. Növbəti resept özbək plovuna aid olacaq.

Mirzə Xəzər
24.08.2015

One comment

  1. Yaşa Mirzə məllim yazıdan belə alınır ki,Eraz-kürd qrupunun lideri bir ayyaqabı ilə müqaisə olunmur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*