Prezident yenə nəzarətə götürdü və…kütləvi həbslər başladı

 

İlham Əliyev yenə nəzarətə götürdü. İlham Əliyev bu dəfə Mingəçevir polis bölməsində Bəhruz Hacıyev müəmmalı şəkildə ölməsi ilə əlaqədar qaldırılan cinayət işini nəzarətə götürdü. Xalqı birtəhər sakitləşdirmək mümkün oldu. Və bir polis işçisi vəzifədən götürüldü, polis rəisinə də töhmət verildi. Və bunun ardınca polis işçilərinəetiraz edənlər arasında kütləvi həbslər başladı. Ədalət zəfər çaldı! Bəli. Eynən Heydər Əliyevin 1970-ci illərdəki ədaləti bu gün də “zəfər” çalır. Heydər Əliyev “Qoy ədalət zəfər çalsın!” şüarı ilə respublikada kütləvi həbslər, kütləvi təqiblər həyata keçirdərək, özünü Kreml rəhbərlərinin gözünə soxmağa çalışırdı. İlham Əliyev bu gün “ədalət zəfər çalsın” şüarı ilə öz rejimini xalqdan qorumaq üçün hər cür etirazı amansızlıqla boğur. İlham Əliyev hələ çox işləri nəzarətə götürəcək. Çünki bu xalqı 1937 və 1969-cu illərdə elə qorxudublar ki, artıq heç bir şeyi hiss etmir, keyiyib…

Mirzə Xəzər
23.08.2015

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*