Flaş! “Azadlıq” radiosundan aztəminatlı ailələrə, pensiyaçılara və qaçqınlara müjdə!!!

Newsmilli-az” saytı bu il fevralda yazırdı ki, Azərbaycanda pensiyalar və maaşlar qalxacaq! Artıq avqustdur, amma artımdan xəbər-ətər yoxdur…

****

“Azadlıq” radiosundan “Range Rover”, “Audi” və BMW-si olan kasıbların nəzərinə: Avtomobiliniz oğurlana bilər. Hakerlər belə avtomobillərin elektron qıfıllanma və immobilayzer sistemindəki boşluqdan istifadə edirlər. Polisin sözlərinə görə, BMW və Range Rover markalı maşınlar xüsusi risk qrupundadırlar. Bu səbəbdən aztəminatlı ailələrə, pensiyaçılara

məsləhət: BMW və Range Rover markalı maşınlarınızı evinizə soxun və bərk qıfıllayın! Və yaxud, çox ehtiyat edirsinizsə, salın daxıla və qıfıllayın…

Qəribədir. Mingəçevir hadisələrə barədə xəbərləri 1000 nəfər oxuyubsa, “Range Rover”, “Audi” və BMW xəbəri “musavat.com“un səhifəsində 1885 dəfə oxunub. Və bu 1885 nəfərin heç birinin “RAnge Rover”i, “Audi”si, “BMW”si yoxdur. Bura Azərbaycandır!

Məmləkət keyfdədir!
***

İndi də

Noxudlu plov:

Ərzaqlar
2 su stəkanı düyü
3 su stəkanı qaynar su
1 çay stəkanından bir az az maye yağ
2 xörək qaşığı kərə yağı
1 kasa yaşıl noxud
2 ədəd orta kök
duz
Hazırlanması

Düyünü duzlu və isti suda 1 saata yaxın saxlayın.
Kökləri kiçik kiçik doğrayın.
Üzərinə yaşıl noxudları da əlavə edib ikisini kiçik bir qazana qoyun.
Qazana qaynar su töküb tərəvəzləri bişirin. Sonra suyunu süzüb kənara qoyun.
Geniş bir plov qazanına maye yağı boşaldın.
Düyüləri saxladığınız sudan alıb süzün və qazana qoyub qarışdıraraq qovurun.
Düyünün şeffaflaşınca qazana kərəyağını əlavə edək əridin.
Daha sonra 3 su stəkanı qaynar suyu və tərəvəzləri qazana qoyub duzunu tökün.
Qapağını bağlayıb orta atəşdə suyunu çəkənə qədər bişirin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*